İdman
Azərbaycanlıların ermənisi - Və ya Təbrizin içini də, çölünü də YANdıran hekayə
Son günlər Təbrizin "Traktorsazi" klubuna keçidiylə qalmaqala səbəb olan İran millisinin futbolçusu Andranik Teymuryan bir anda diqqət mərkəzinə düşdü. Onu diqqət mərkəzinə gətirən səbəb isə nə oynadığı futbol, nə də transfer məbləğidir. O, yerli mətbuatın gündəminə milliyyətiylə, yəni erməni olmasıyla gəlib.
Teymuryanın İranda və Azərbaycanda azərbaycanlıların "milli brendi" halına gələn "Traktorsazi"də peyda olması sosial şəbəkələrdə şimşək effekti yaratdı. Kimisi bu kluba artıq azarkeşlik etməyəcəyini, kimisi bunun iranlılar tərəfindən qəsdən edildiyini (klubu azarkeşlərin gözündən salmaqla, təbrizlilərin hər oyunda 60-70 min azərbaycanlını bir araya toplamasının qarşısını almaq məqsədiylə), kimisi də bu addımın iranlılar tərəfindən kluba olan təzyiqlərin azaldılması məqsədiylə atıldığını bildirdi. Bütün bu səbəblər isə bir faktı dəyişmir: soydaşlarımızın fəxrlə "qurdlar" (türkçülüyün simvolu kimi) adlandırdığı komandanın artıq bir üzvü də ermənidi.
Bəs kimdi bu Teymuryan? Onu hansı üstünlüyünə görə komandaya götürə bilərdilər? Nəyə görə Ermənistan yox, məhz İran millisinin şərəfini qoruyur?
Andranik Teymuryan Samarani 1983-cü il mart ayının 6-da Tehranda doğulub. Andranikin həm atası, həm də anası ermənidir. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan futbolçu karyerasına ermənilərin Tehranda yaratdıqları "Ararat" klubunda başlayıb. Andranik daha sonra "İstiqlal"a transfer olunub. Bundan sonra "Abumuslum" klubunun heyətində İranın əsas liqasında debüt edən futbolçu milliyə də çağırılmağa başlayır. 2005-ci ildə debüt etdiyi İran millisinin əsas heyət üzvlərindən birinə çevrilir. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında İran millisinin heyətində çıxış edən futbolçu burda ingilis futbol menecerlərinin diqqətini cəlb edir. 2006-cı ilin yayında İngiltərə Premyer Liqasında çıxış edən "Bolton"a transfer olunan futbolçu, bu klubun heyətində 29 oyun keçirərək 4 qola da imza atır. Bundan sonra İngiltərədə oynadığı "Fulhem" və "Barnsli" klublarında uğursuz karyera yaşayan Teymuryan, yenidən doğulduğu ölkəyə geri dönür.
Maraqlıdır ki, futbolçu İrana döndükdə ilk müqavilə bağladığı klub məhz "Traktorsazi" olur. Ancaq bu keçid o vaxtlar elə də səs-küyə səbəb olmur. Təbriz klubunda bir mövsüm keçirdikdən sonra "İstiqlal" və Qətərin "Əl-Xaraitiyat" klubunun şərəfini qoruyan erməni futbolçu, nəhayət, yenidən Təbriz klubuna qayıdır.
Andranikin "Traktorsazi"yə qayıdışının Təbriz klubunun azarkeşlərinin etirazları fonunda nə qədər uğurlu alınacağını demək çətindi. Buna baxmayaraq, onun İranda xüsusi çəkiyə malik futbolçu olduğunu demək vacibdi. Yuxarıda vurğuladığımız kimi, 2005-ci ildən cənub qonşularımızın millisinin şərəfini qoruyan Teymuryan ilk xristian kapitan kimi bu millinin tarixinə düşüb. Belə ki, son dünya çempionatına hazırlıq çərçivəsində 2014-cü il mayın 18-də Belarusla baş tutan matça İran millisini məhz Andranik kapitan sarğısıyla çıxardaraq, cənub qonşularımızın millisinin ilk xristian kapitanı olub.
Yeri gəlmişkən, məşhur "transfermarkt" saytında Teymuryanın transfer qiyməti 1 milyon 900 min avro göstərilib.
Komanda.az
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı