İdman
Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının 6-cı turunun “Ayaks”la oyunundan sonra (2:4) Publika.az saytına müsahibə verib.
O, əvvəlcə görüşlə bağlı təəssüratlarını bölüşüb:
- Oyunla bağlı danışılacaq çox şey yoxdur. Çox istəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Çox vacib oyun idi. Qazanılacaq 3 xal nıövbəti mərhələ üçüb şanslarımızı artırırdı. Oyuna yaxşı başladıq, qollarımızı vurduq. Üstünlük də biz tərəfdə idi. Çox yaxşı hücumlar qururduq, topla əla rəftar edirdik. Amma ani səhvlərimiz qapımıza qolla yekunlaşdı. Rəqibin əks hücumları çox güclü alınırdı. Qollar buraxdıqca həvəsdən düşdük. Qələbə qazanmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Əlimizdən gələni edəcəyik ki, son 2 oyunda maksimum nəticə qazanaq.
- Matçda qırılma anı hansı məqam oldu?
- Oyunun qırılma anı üçüncü qol oldu. Bundan sonra komandada məyusluq oldu. Ondan sonra buraxılan qollar bəllidir.
- “Qarabağ”dakı əvəzetmələrin matçın gedişinə təsiri nə qədər oldu?
- Əvəzetmələrə qarışmasam, yaxşıdır. Bu, məşqçinin (red - Qurban Qurbanovu nəzərdə tutur) qərarıdır.
- Rəqibin güclü olduğunu bildirdin. İkinci qoldan sonra vaxt uzatmaq, hesabı qorumaq üçün oyunu dağıtmaq olmazdı?
- O dəqiqələrdə düzgün olmazdı. Çünki səhvlərimiz, boşluqlar olacaqdı. Əslində olmamalı idi, amma yenə də oldu və nəticədə qollar buraxdıq.
- Qaçırılan qol epizodlarının da yəqin ki, məğlubiyyətdə rolu böyük oldu…
- Bəli, nə qədər qol epizodlarımız oldu ki, onlardan yararlana bilərdik. Onda hər şey fərqli olardı. Əfsuslar olsun ki, fürsətlərdən istifadə edə bilmədik.
- Son olaraq, şanslarınızı necə qiymətləndirirsən?
- İtiriləcək heç bir şeyimiz yoxdur. Bundan sonra mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































