İdman
Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
Amerikalı döyüşçü və aktrisa Cina Karano keçmiş amerikalı peşəkar güləşçi Ronda Rauzi ilə MMA döyüşündə qarşı-qarşıya gəlib.
Publika.az xəbər verir ki, şənbə gecəsi "Intuit Dome" arenasında baş tutan qarşılaşma, iki əfsanəvi ismin illər sonra eyni qəfəsdə bir araya gəlməsi səbəbindən böyük marağa səbəb olub.
Rəqibini 17 saniyədə məğlub etdi
"Netflix" platformasında canlı yayımlanan ilk MMA tədbiri olan bu qarşılaşmada Rauzi köhnə günlərini xatırladan dominant bir performans nümayiş etdirib. Rauzi döyüş başlayan kimi vaxt itirmədən Karanonun üzərinə gedib. Rəqibini 17 saniyədə yerə yıxan 39 yaşlı keçmiş UFC çempionu, sürətlə əlverişli mövqe qazanaraq karyerası boyu bir çox döyüşdə ona qələbə qazandıran qol kilidi (armbar) fəndini tətbiq edib və matçın qalibi olub.
Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
Cina Karano döyüşün sonunda verdiyi açıqlamada Ronda Rauzi ilə qarşılaşmaq üçün 1,5 il ərzində 45 kiloqram çəki itirdiyini bildirib.
"1,5 ilə 45 kiloqram arıqladım. Bunu demək belə çətindir, amma hər həftə çox ağır məşq etdim. Bu çəki bir gecədə getmədi. Əgər qarşımda Ronda Rauzi ilə döyüşmək hədəfi olmasaydı, buna nail ola bilməzdim", – deyə qeyd edib.
Hüseyn İbadlı
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi























.webp)
.jpg)










