PSJ-nin futbolçusu liftdə qaldı - FOTO
Bizi izləyin

İdman

PSJ-nin futbolçusu liftdə qaldı - FOTO

Bizdə hündürmərtəbəli binalarda, xüsusilə də köhnə tikililərdə liftlərin bərbad işləməsinə çox rast gəlmişik. Hələ gecənin bir aləmində liftdə qalanları demirik.

Publika.az xəbər verir ki, deyəsən, bu xoşagəlməz hadisə təkcə bizdə olmur. Dünən gecə saat 01:20 radələrində PSJ-nin braziliyalı futbolçusu Tyaqo Silva “dəmir qutu”da xeyli vaxt keçirməli olub.

Yaxşı ki, telefonu yanında olub. 1 saatdan çox liftdə qalan Tyaqo Silva internetdə vaxt keçirərək darıxmayıb. O, liftdə olarkən “Tvitter” səhifəsinə bu mesajı yazıb:

“Liftdə qalmaqdan heç kim sığortalanmayıb. Gecə saat 1-in yarısıdı. Bir xeyirxah insan gözləyirəm ki, məni burdan xilas etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm