İdman
“Qızıl top” kimin olacaq? - Bu gün bilinəcək
Bu gün FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq.
Publika.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.
Namizədlər Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi, Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.
Messi artıq sözügedən mükafatı 4 dəfə (2009, 2010, 2011, 2012) qazanıb. Ronaldo isə 2 dəfə (2008, 2013) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer isə ilk dəfə bu mükafa sahib ola bilər.
Publika.az oxucalara hər üç namizədin 2014-cü ildə nə ilə yadda qalmasına aid xüsusi yazılar təqdim etmişdi.
Xatırladaq ki, bu mükafatı sonuncu dəfə Ronaldo qazanıb.
Bundan əlavə tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu və ilin ən yaxşı baş məşqçisinin də adı elan ediləcək.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş