“Real”ın ulduzu onu əyyaş adlandıran azarkeşlərə belə cavab verdi - FOTO
Bizi izləyin

İdman

“Real”ın ulduzu onu əyyaş adlandıran azarkeşlərə belə cavab verdi - FOTO

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem həyat tərzi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, ingiltərəli futbolçu Çempionlar Liqasında “Monako” üzərində 6:1 hesablı darmadağında pay sahibi olub. Bellinqem qoldan sonra maraqlı şəkildə sevinib. O, pivə bokalı içirmiş kimi jest edib. Cud bununla onu əyyaş adlandıran azarkeşlərə cavab verib.

“Bir çox insan müxtəlif şeylər danışır. Buna iki cür yanaşmaq olar: ya ağlayıb şikayət edirsən, vəkil göndərirsən, ya da bununla barışıb yoluna davam edirsən. Bu, azarkeşlər və istədiyini danışan insanlar üçün bir növ zarafat idi.

Mən şəxsi həyatımda əslində nələrin baş verdiyini bilirəm. Bilirəm ki, özümü oyuna və komandaya verirəm. Kənardan gələn bütün səs-küyün əslində heç bir əhəmiyyəti yoxdur, amma bir az zarafat etmək xoşdur”, – deyə 22 yaşlı yarımmüdafiəçi oyundan sonra bildirib.

Qeyd edək ki, cari mövsümdə Cud Bellinqem 25 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Heybət

Image

Oxumağa davam et
Reklam
Reklam

Gündəm