İdman
FİFA səsverməni saxtalaşdırıb: Arda Turanın səsləri düzgün hesablanmayıb
Dünən İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə 2014-cü ilin ən yaxşıları mükafatlandırıldı. Həmişəki kimi, bu dəfə də nəticələr bəlli olandan sonra müəyyən problemlər ortaya çıxıb.
Publika.az xəbər verir ki, Türkiyə millisinin kapitanı Arda Turanın səsverməsi düzgün qeyd olunmayıb. Dünən Türkiyə mətbuatı “Atletiko”nun futbolçusuyla bağlı şok xəbər yarışına çıxmışdı. Məsələ burasındadır ki, Ardanın klubdakı baş məşqçisi Dieqo Simeoneyə axırıncı yeri verməsi iddia olunurdu.
Amma Turan “Tvitter” səhifəsində and-aman edir ki, “mən elə səs verməmişəm, səslərimi düzgün hesablamayıblar”.
FİFA-da dərc olunan səsvermənin protokolunda Ardanın seçimi belə verilib: 1. Joze Mourinyo (Çelsi). 2. Yoahim Löv (Almaniya). 3. Dieqo Simeone (Atletiko).
Arda isə inandırmaq istəyir ki, 1-ci yerdə öz komandasının baş məşqçisini qeyd edibmiş: “Mən Simeoneni ən yaxşı baş məşqçi seçmişdim. İstəyirəm hamı bunu bilsin”.
Xatırladaq ki, yekun nəticəyə görə ilin ən yaxşı məşqçi nominasiyasının qalibi Almaniya millisinin çalışdırıcısı Yoahim Löv olub. O, 2014-cü ildə Bundestimə dünya çempionluğunu qazandırıb.
Löv 2006-cı il avqustun 1-dən bu postdadır. Bundan əvvəl isə iki il sələfi Yürgen Klinsmannın köməkçisi işləyib.
Lövün rəhbərliyi altında Almaniya millisi AÇ-2008 və AÇ-2012-də müvafiq olaraq, finala və yarımfinala yüksəlib. DÇ-2010-da isə bürünc medalları qazanıb.
-
Elm və təhsil21:48
Azərbaycanlı alim tarixi nailiyyətə imza atdı - VİDEO
-
İdman20:24
Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki... - FOTO
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...