İdman
"Bakı 2015"-in "Ulduz Elçi"ləri təqdim olundu
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bu gün yaydığı məlumata əsasən Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək İlk Avropa Oyunları üçün "Ulduz Elçi"lər olacaqlar.
Çərşənbə axşamı Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanmışdır.
Sözügedən ulduzların sırasına müğənnilərdən Tünzalə Ağayeva, Röya, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar və musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “Mən Oyunların rəsmi elçiləri olan bu möhtəşəm məşhurların dəstəyi ilə İlk Avropa Oyunlarının açılış mərasiminə 150 gün qalmasını qeyd etməkdən məmnunluq duyuram. Əminəm ki, bizim Ulduz Elçilərimiz azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək”.
Adıçəkilən proqram Ulduz Elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
İştirakçılar Bakı 2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.
Təqdimat tədbirində çıxış edən müğənni Tünzalə xanım Ağayeva qeyd edib: “Mən səhnədə çıxış edərkən gözəl ifa göstərmək üçün əlimdən gələni edirəm. İyun ayında Azərbaycan bütün Avropanın zövq alacağı unudulmaz bir şou nümayiş etdirəcək. Mən Bakı 2015 Avropa Oyunlarının Ulduz Elçisi olaraq könüllü proqramı kimi təşəbbüslər vasitəsilə Bakı 2015-ə qatılmaq üçün insanları ruhlandırmağa çalışacam və ölkəmiz üçün tarix yazılmasında iştirak edəcəyəm”.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq əlavə edib: “Bu elan bizim elçi proqramımızın genişləndirilməsində növbəti addım və möhtəşəm idman yarışını həyata keçirmək üçün davam edən hazırlıq işlərimizin dinamikasına əlavədir. Biz göstərdikləri dəstəyə görə Ulduz Elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda Bakı 2015 Avropa Oyunlarının təbliğ olunmasına kömək etmək üçün onlarla birlikdə işləməyi səbirsizliklə gözləyirik”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu