İdman
Fransada doğulan futbolçudan bütün dünyaya “şifrə”li mesaj - Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaq
Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Charlie Hebdo” jurnalının redaksiyasına edilən silahlı basqından sonra müsəlmanların hədəf seçilməsi bütün dünyanı lərzəyə gətirdi.
Publika.az xəbər verir ki, bir çox müsəlman kimi “Beşiktaş”ın məşhur futbolçusu Demba Ba da “Tvitter” hesabında buna etirazını bildirib. O, sirli şifrə ilə diqqət mərkəzinə düşüb.
Fransada doğulan seneqaləsilli hücumçu 61:8 şifrəsiylə gündəmi zəbt edib. Həmin hadisədən sonra İslama qarşı danışanlara etiraz edən və fransızların təşəbbüsüylə “hamımız Çarliyik” yazılı köynəyi geyinməyən Ba bu gün “Tvitter” vasitəsiylə şifrəli mesaj paylaşıb. Bu şifrə “Qurani Kərim”dən bir surəni və bir ayəni işarə edir.
Demba Ba bununla “Qurani-Kərim”in 61-ci surəsinin 8-ci ayəsini xatırlatmaq istəyib: “Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə nurunu tamamlayacaqdır. Bu, kafirlərin xoşuna gəlməsə də”.
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO