İdman
“Çernomorets”in “işğal”ı davam edir: Daha bir ukraynalı “Qəbələ”də
Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Publika.az xəbər verir ki, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb. "Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.
15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çernomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.
-
Səhiyyə02:42
Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? - VİDEO
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"