İdman
“Fenomen”in qayıdışı rəsmiləşdi - Təqdimat
Əfsanəvi braziliyalı futbolçu Ronaldonun yaşıl meydanlara qayıtmağa hazırlaşdığını xəbər vermişdik. “Fenomen” Şimali Amerikanın ikinci Liqa komandalarından "Fort Lauderdale Strikers" formasıyla yenidən futbol oynamaq fikrindədir.
Publika.az xəbər verir ki, həmçinin Ronaldo adıçəkilən klubun səhmdarları sırasında olmaq istədiyini də deyib:
“Mənim ən böyük sevgim futboldur. Bədənim tab gətirmədiyi üçün idmanı buraxmaq qərarı vermişdim. Zədələrim çox oldu, bu da mənə ağrı verirdi. Yenidən idmançı formasına düşməyim heç də asan olmayacaq. Amma öz üzərimdə çalışacam və daha çox məşq edəcəm”.
Ronaldo futbola qayıtdığı təqdirdə Şimali Amerikada futbola marağın artacağına inandığını da vurğulayıb.
Xatırladaq ki, 3 dəfə “Qızıl top” mükafatını qazanmış braziliyalı ulduzun sonuncu komandası “Korintians Paulista” (2008-2011) olub.
“Fenomen”, “Yekə diş” ləqəbləri ilə tanınan futbolçu ikiqat dünya çempionudur. Karyerası ərzində mərkəz hücumçusu kimi oynayan Ronaldo bir çoxlarının fikrinə görə, futbol tarixinin ən yaxşılarıdan olub.
Onun haqqında belə bir fikir formalaşıb: "Top ayağına dəydiyi zaman Allahdan başqa heç kimin onun hara dönəcəyini, nə edəcəyini bilməz".
Aygün İlqarqızı
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO