İdman
Yerinə batıran “Yekədişin ” NAĞILI
O, futbol üzrə ikiqat dünya çempionudur. Karyerası ərzində mərkəzi hücumçu mövqeyində olub. Bir çoxlarının fikrinə görə, futbol tarixinin ən yaxşı futbolçularından olub.
Müasir futbol tarixinin gəlmiş keçmiş ən yaradıcı, ən möhtəşəm ulduzu olub. Onun haqqında belə bir fikir bildirilib: "Top ayağına dəydiyi zaman Allahdan başqa heç kimin onun hara dönəcəyini, nə edəcəyini bilməz". Hər qolu fərqli tərzdə idi.
Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə brazilyalı Ronaldo haqqında məlumat verəcək.
"Real"a 52 milyon avroya başa gələn Braziliya futbolunun əfsanəvi futbolçusu “Fenomen”, “Yekə diş” ləqəbləri ilə tanınıb. Heç kimin inanmadığı, “bacara bilməz” dediyi, “99 faiz futbol həyatı bitdi” dediyi zamanlardan sonra dəfələrlə təkrarən sağalıb, yaşıl meydanlara qayıdıb. Klub karyerasında 1993-2011-ci illərdə cəmi 384 oyun keçirib, 280 qol vurub.
Ronaldo 1994-2011-ci İllərdə isə Braziliyanın A millisində forma geyinib. 98 oyunda 62 qol vura bilib.
Anası qarşı çıxdı, ancaq ...
1976-cı il sentyabrın 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olub. O, şəhərin kasıb ailələr yaşayan bölgəsində - Bento Ribeiroda doğulub. Braziliyadakı hamı kimi, o da futbola küçələrdən başlayıb. Ancaq uğurlu bir karyeranın başlanğıcında Ronaldoya ən böyük maneə anası Dona Sonia olub. Çünki Ronaldonun bir vaxtlar futbolçu olmuş atasının - Nelionun yolunu davam etdirməsini istəməyib.
Ronaldonun on bir yaşı olanda atası anasını atıb. Bundan sonra o, küçələrdə top qova-qova böyüməyə başlayıb. Bir tərəfdən də ailəsinə yardım etməyə çalışırdı. Belə ki, yaşı az olsa da, müəyyən işlərdə çalışıb. O hər an maşın altına düşə, bandaya qoşula, yaxud küçə uşaqlarını üsulluca güllə ilə vuran "ölüm eskadronu"nun qurbanına çevrilə, bundan əlavə, narkotiklərə qurşana da bilərdi. Çünki onun anadan olduğu Bentu Ribeyru rayonunda balaca oğlanların başına çox belə işlər gəlib. Bəziləri təcavüzə uğrayıb, bəziləri narkotikə qurban gedib. Ancaq Ronaldo o yollardan uzaq olub, yalnız məşhur futbolçu olmağı arzulayıb.
Anası onun uşaqlar arasında keçirilən futbol yarışlarına qatılmasını belə istəmirdi.
Hələ 10 yaşı olarkən “Tenniz Klub Valkeyre” futzal klubunda(1986—1989cu illərdə) çıxış etməyə başladı. Lakin o, özünü daha böyük meydanlarda görməyi arzu edirdi. Nəhayət, onun əsas bacarığı 14 yaşında kəşf edildi. 14 yaşına yeni adlamış Ronaldo rayonun kasıb klubu olan “Sosial Ramoz”da (1989—1990) çıxış etməyə başladı. Burada gənclər liqasının bombardiri oldu. 1990-1993-cü illərdə “San-Kristovan”də forma geyindi. 14 yaşlı yeniyetmələrlə müqavilə bağlayan futbol agentləri Martins və Pitta onu "Kruzeyro" (1993—1994) adlı divizion klubuna apardı. Burada ulduzu parlamaya başlayan Ronaldo cəmi 7 il ərzində Hollandiyanın "PSV"(1994—1996), İspaniyanın "Barselona" (1996—1997), Milanın "İnter" (1997—2002) kimi klublarına yol tapdı. Onunla 30 minlik, 4 milyonluq, 20 milyonluq, 50 milyonluq müqavilələr imzalandı.
Qəşəng oğlan, seks-simvol
1998-ci ildə dünya çempionatında iştirak etməyə gələndə bir vaxtlar Braziliyanın 2-ci dərəcəli futbol klublarında qollar vuran Ronaldodan əsər-əlamət qalmamışdı. İmic mütəxəssisləri onu qəşəng oğlana, reklamçılar və kütləvi mediaçılar isə seks-simvola çevirmişdilər.
Haqqında yazılanlara görə, əvvəllər Ronaldo, demək olar, eybəcər idi: irəli çıxmış əyri dişləri, darağa yatmayan biz-biz saçları vardı - qızlar ondan yan qaçırdı, hətta Ronaldo özünə sevgili belə tapa bilmirdi.
Ümidsiz dilənçi "yekədiş", xeyriyyəçi
Daha sonra o, ”Milan”da (2007—2008), “Korintians Paulista” (2008—2011) klublarında forma geyindi.
Ronaldo yüz minlərlə dollar pulu xeyriyyəçiliyə sərf edir, amma Braziliya komandalarında birgə oynadıqları həmkarları onu hələ də "yekədiş" ümidsiz dilənçi kimi xatırlayırlar. O, komanda yoldaşlarından qamburger istəyir, məşqçisindən ona təzə ked almasını xahiş edir, jurnalistlərlə pivə içirdi. Ronaldo, demək olar, hər qəpiyinə qənaət edərdi, yalnız bunun hesabına özünə birotaqlı mənzil ala bildi. Nəhayət, bir dəfə o, restorana gedib ofisianta gileyləndi ki, gəncdir, istedadlı futbolçudur, amma evində nə boşqabı, nə də çəngəl-bıçağı var. Axırda müəssisənin meneceri istədiklərini ona hədiyyə etdi.
“Yerini batıran” “İnter”çi – Oyuncaqla yatırdı
On səkkiz yaşına qədər Ronaldo özünün böyük, məxmər oyuncaq ayısı ilə yatırdı. Hətta sadəlövhlüyündən jurnalistlərə hərdən yuxuda yerini batırdığını da demişdi. Özü də bu o vaxta təsadüf edirdi ki, Ronaldo artıq "İnter"də oynayırdı. Bundan sonra İtaliyada dərhal ona "enurez" (yerinibulayan) adı qoydular.
Böyüyə bilməyən Ronaldo
O, xeyirxah və sadə oğlan idi; bununla yanaşı, ona heç də ağılsız demək olmazdı. Ronaldonun problemi onda idi ki, bir təkanla birdən-birə futbol Olimpinə yüksəlmişdi. Yəni onun böyüməyə, yetişməyə vaxtı olmamışdı - həmyaşıdları özlərini hələ xaraktercə möhkəmləndirəndə, təkmilləşdirəndə Ronaldo artıq bir-birinin ardınca matçlarda qələbələr qazanır, yerdə qalan vaxtını əyləncələrə sərf edirdı.
Maraqlı fakt
Ronaldo qonşusu Kelli Kristina Peres üçün meyvə oğurlayırdı. Hətta ona yeni "Ford-Eskort" da vəd etmişdi - amma məşhurlaşandan sonra. Bir dəfə həmin qız jurnalistlərə demişdi: "İndi o, əvvəlki kimi qorxunc deyil. Ronaldonun öz stili var, görkəmcə atletlərə bənzəyir. Oh, kaş ki mən onu tanıyanda belə olaydı! Axı əvvəllər adam onun üzünə baxmaq belə istəmirdi…”.
Qəzetdəki bir məqalə ona dərs oldu – “Yana bilər”
Ronaldo işlərini özü qurmayıb. Onun işlərini, reklam müqavilələrini və vaxtını hər müqavilədən özünə on faiz götürən agentlər planlaşdırırdılar. Əlbəttə, belə rejim gənc futbolçu üçün tamamilə əlverişli idi. Amma dünya çempionatı kimi imtahandan keçməyin nə demək olduğunu o hələ bilmirdi.
Onunla bağlı belə yazırdılar:
“Ronaldo böyük Peleni - Braziliyaya üç dəfə dünya çempionluğu gətirən nəhəng futbolçunu yamsılaya bilər. İstedad hər şey demək deyil, əsl çempionun dəmir iradəsi və özünü saxlaya bilmək bacarığı olmalıdır”.
Bir dəfə belə məqalələrdən biri Ronaldonun əlinə keçib. Yazının müəllifi göstərirdi ki, bu futbolçunu çox yükləmək olmaz: “Əks halda, o, “yana” və indi narkotik maddələrə qurşanmış ağıldankəm Maradona kimi karyerasına son qoya bilər”.
Məlumatlara görə, Ronaldo bu qeydi oxuyub və sonra kövrəlib, ağlayıb. İddiaya görə, o qəzeti bu günə qədər saxlayıb. "Yana bilər" - bu söz ona çox təsir etmişdi.
Ən böyük zədə
Dünya çempionatında braziliyalılar Şotlandiya və Mərakeş yığmalarını məğlub edir. Yeri gəlmişkən, bildirək ki, Mərakeşlə oyunda Ronaldo həyatının ən ciddi zədəsini alır və Norveç yığmasına məğlub olur. Çiliyə qarşı matçda "yekədiş" rəqib komandanın qapısından iki top keçirməyə müvəffəq olur.
Olimpiya oyunları
Bürünc Atlanta - 1996
Dünya çempionatları
Qızıl - ABŞ, 1994
Gümüş - Fransa, 1998
Qızıl - Yaponiya/Koreya 2002
Konfederasiyalar kubokları
Qızıl - Səudiyyə Ərəbistanı, 1997
Amerika kubokları
Gümüş - Uruqvay, 1995
Qızıl - Boliviya, 1997
Qızıl - Paraqvay, 1999
Uğursuz ailə həyatı
Ronaldonun ailə həyatı çox uğursuz olub. Belə ki, futbolçu 3 dəfə ailə həyatı qurub. Ancaq heç biri uğurlu alınmayıb. Qurduğu ailələrin hər birinin dağılmasına səbəb futbolçunun qadın düşkünlüyü olub.
İndi Ronaldo dördüncü dəfə evlənməyə hazırlaşır. Onun yeni sevgilisinin adı Paula Moraesdir. Məlumatlara görə, kəbin mərasimi 2015-ci il aprelində Rio-de-Janeyrodan 170 kilometr aralıda yerləşən Buziosedə olacaq. Keçmiş hücumcu toya minə yaxın qonaq dəvət edib. Onların arasında keçmiş komanda yoldaşları çoxluq təşkil edir.
Fərdi uğurları
Libertadores Kubokunda Qol Kralı: 1993-94
Liqa Mineiroda Qol Kralı: 1993-94
Liqa Mineiroda İlin Komandası: 1994
Hollandiya Liqası Qol Kralı: 1994-95
La Liqada Qol Kralı: 1996-97,2003-2004
Avropa "Qızıl Butsi": 1996-97
La Liqada ilin ən yaxşı legioner futbolçusu: 1996-97
Amerika Kubokunda - ən qiymətli oyunçu: 1997
Konfederasiya Kuboku - ən yaxşı ilk 11i : 1997
Ən yaxşı oyunçu: 1997
Qol kralı: 1996-1997
IFFHS - dünyada ilin ən çox qol vuran oyunçusu: 1997
UEFA - ilin ən qiymətli oyunçusu: 1997-98
Seriya A - ilin futbolçusu: 1997-98
Seriya A - ilin ən yaxşı legioner futbolçusu: 1997-98
UEFA ən yaxşı hücumçu: 1997-98
Bravo Mükafatı: 1995, 1997, 1998
FIFA Dünya Kuboku Qızıl Ayaqqabı: 1998
UEFA Kuboku Ən Yaxşı Oyunçu: 1998
Amerika kuboku Qol Kralı: 1999
Qızıl top -1996 ,1997 və 2002
Amerika kuboku - ən yaxşı ilk 11i: 1997, 1999
FIFA - dünyada ilin futbolçusu: 1996,1997,2002
Avropada ilin futbolçusu: 1997,2002
World Soccer jurnalı - dünyada ilin futbolçusu: 1996,1997,2002
Onze d'Or mükafatı: 1997,2002
FIFA - Dünya Kuboku - ən yaxşı ilk 11i: 1998, 2002
FIFA Dünya Kuboku - ən yaxşı oyunçu: 2002
FIFA - Dünya Kuboku qol kralı: 2002
İnterkontinental Kuboku - ən qiymətli oyunçu: 2002
Laureus – ilin ən yaxşı geri dönüş mükafatı: 2002
La Liqa - ilin ən yaxşı cənubi amerikalı futbolçusu: 1996-97, 2002-03
Qızıl ayaq: 2006
Seriya A-da 10 - ilin ən yaxşı futbolçusu: 1997-2007
“France Football” jurnalı - ilin ən yaxşı ilk 11i: 2007
“Goal.com” “10 ilin ən yaxşı futbolçusu” mükafatı: 2000-2010
Aygün İlqarqızı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”