İdman
Əfsanəvi boksçu xəstəxanadan çıxdı - Bu gün onun doğum günüdür – VİDEO
Əfsanəvi boksçu Məhəmməd Əlinin səhhətində yaranan problemə görə klinikaya yerləşdirildiyini xəbər vermişdik.
Publika.az xəbər verir ki, idrar yolundakı infeksiyadan müalicə alan Məhəmməd Əli artıq evə buraxılıb. (http://publika.az/site/p/60957)
O, 1981-ci ildə karyerasını bitirdikdən üç il sonra tutulduğu Parkinson xəstəliyindən əziyyət çəkir.
Xatırlatma:
Məhəmməd Əli 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (-81 kq) boks yarışlarında qalib gəlib. 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.
İlk məğlubiyyəti
Əsl adı Kassius Marsellus Kleydir.
Məhəmməd Əli peşəkar rinqdə ilk 31 görüşünü qələbə ilə başa vurub ki, bu da 10 illik dövrü əhatə edib. Ümumilikdə isə, keçirdiyi 61 görüşün 56-da qalib gəlib.
1971-ci il martın 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutub. Döyüş Freyzerin qələbəsi ilə başa çatıb. Hər iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəliblər. Bu, Əlinin ilk məğlubiyyəti olub.
Əfsanəvi boksçu müxtəlif media orqanları tərəfindən XX əsrin ən yaxşı idmançısı seçilib. Onun bu gün 73 yaşı tamam olur. (http://publika.az/p/9914)
Aygün İlqarqızı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO