Daha bir hakimimiz karyerasını bitirir: “İnsan gərək özü özünə hörmət qoya”
Bizi izləyin

İdman

Daha bir hakimimiz karyerasını bitirir: “İnsan gərək özü özünə hörmət qoya”

Premyer Liqanın təcrübəli hakimlərindən olan Vüsal Əliyev hakimlikdən getməyə qərar verib.

Publika.az xəbər verir ki, təcrübəli referi mövsümün sonunda hakimlikdən gedəcəyini açıqlayıb:

"Düşünürəm ki, artıq bəsdir. Bilirsiniz, insan gərək özü-özünə hörmət qoya. Mən yetərincə hakimlik elədim və bu müddətdə vicdanla çalışdım ki, heç kimin haqqını yeməyim. Səhvlərimiz də oldu, səhvsiz insan yoxdur. Amma əsas odur ki, qərəzli olmadım. Artıq istəyirəm ki, bundan sonra illərlə yığdığım təcrübəni gənc hakimlərlə bölüşüm, onların yetişməsinə yardımçı olum. Odur ki, mövsüm başa çatandan sonra hakimliklə vidalaşacam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm