İdman
Cüdo federasiyası əcnəbiləri gətirir, yerlilər isə...
Azərbaycan Cüdo Federasiyasında problemlərin olması barədə məlumat vermişdik. İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də çəkişmələrə, narazılıqlara səbəb olub.
Füzuli Ələkbərovun federasiyası bunun öhdəsindən gəlməyə çalışır. Belə ki, son zamanlar turnirlərdən medalsız qayıdan millidə dəyişiklik edilir.
Publika.az-ın federasiyaya yaxın mənbədən aldığı məlumata görə, Hacıağa Hacıəhmədovun postunu tərk edəcəyi gündəmdədir. Amma Hacıağa müəllimin qarşıdan gələn yarışda son şansından necə istifadə edəcəyi maraqla gözlənilir. Buna görə də onun federasiyada özünü doğrultmağı, rəhbərliyin könlünü alması üçün tələbələrinin fevralın 20-22-də Düsseldorfda keçiriləcək Qran-pri turnirindən nəticə ilə qayıtması çox önəmlidir.
Əgər idmançılarımız bu yarışda da üzümüzü ağartmasa, Füzuli Ələkbərovun qurumu Hacıağa müəllimlə vidalaşacaq. Bu, qurumun qəti qərarıdır.
Bunun üçün millinin heyətindəki idmançılarda da köklü dəyişikliklər olacaq.
Aldığımız digər məlumata görə, yığmaya xarici ölkələrdən idmançılar cəlb olunacaq. Əcnəbi idmançılar Azərbaycanı təmsil edə bilmələri üçün milliləşdiriləcək. Hazırda həmin idmançıların kimliyi barədə dəqiq məlumat yoxdur. Amma federasiyanın bəzi cüdoçuları Dağıstan və Türkiyədən də gətirmək fikri var. Hələ ki, bu barədə müzakirələr gedir.
Qeyd edək ki, federasiyada idmançıların məvacibinin gecikdiyi üçün problem yaşanmışdı. İdmançılar iki ay idi ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirdilər. Buna görə də cüdoçular məşqlərdə iştirak etməkdən boyun qaçırırdılar (http://publika.az/p/50389).
Aygün İlqarqızı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı