XL Antalyanı qələbəsiz tərk edir
Bizi izləyin

İdman

XL Antalyanı qələbəsiz tərk edir

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın sabaha planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.

Publika.az xəbər verir ki, "ağ-yaşıllar" təlim-məşq toplanışı çərçivəsində sabah keçirilməli olan Qazaxıstanın "Taraz" klubuyla oynamaqdan imtina edib.

Buna səbəb klub rəhbərliyinin komandanın bu günə qədər keçirdiyi 4 oyunun hazırlq üçün yetərli olduğunu düşünməsidi.

Bu qərardan sonra lənkəranlıların Antalyadakı təlim-məşq toplanışını qələbəsiz başa vuracağı dəqiqləşib.

Belə ki, klub Antalyada keçirdiyi 4 yoxlama oyununun 1-də heç-heçə edərək 3-də məğlub olub.

"Ağ-yaşıllar" ilk yoxlama oyununda "Təkirdağspor"la 2:2 hesablı heç-heçəyə razılaşsa da, sonrakı görüşlərində Almaniyanın 3-cü bundesliqa təmsilçisi "Kemnitser"ə (0:2), Ukrayna "Metallurq"una (1:2) və Rumıniyanın Krayova şəhərinin "Universtatya" klubuna (0:3) məğlub olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm