İdman
Almaniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi - Detallar məlum oldu
Azərbaycan millisinin və "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan növbəti transfer təklifini alıb. Futbolçuya bu dəfə Almaniyadan dəvət gəlib.
Publika.az sportinfo.az-a istinadən xəbər verir ki, Hüseynovla təmas quran klub II Bundesliqada mübarizə aparan "Darmştadt"dır. Almaniya təmsilçisi həmyerlimizlə "2+1" illik müqavilə imzalamaq niyyətindədir.
Dörd ildir "Turan Tovuz"un formasını geyinən Ayxan yeni qiymətini də müəyyənləşdirib. O, xidmətində maraqlı olan klublardan aylıq təxminən 30 min manat civarında əməkhaqqı tələb edir.
Məhz bu maliyyə şərtlərinə görə, 32 ildən sonra avrokuboklara qayıdan "Turan Tovuz" futbolçunun xidmətindən yararlana bilməyəcək. Ayxan Abbasovun vaxtilə milliyə ilk dəfə dəvət etdiyi yarımmüdafiəçi ilə klub arasında aparılan danışıqlar uğursuz yekunlaşıb. Ayxan Hüseynovun karyerasını böyük ehtimalla Almaniyada davam etdirəcəyi gözlənilir.
-
Art08:48"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu



































