İdman
Arbelao ilə Mbappe arasında nə baş verib? - Heç vaxt belə söz deməmişəm
“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 36-cı turunda “Real Ovyedo” üzərində 2:0 hesablı qələbədən sonra komandadakı statusu barədə danışıb.
Publika.az xəbər verir ki, 69-cu dəqiqədə meydana daxil olan fransalı forvard bildirib ki, oyuna start heyətində çıxmağa hazır olub, lakin baş məşqçi Alvaro Arbeloa ona hazırda komandanın dördüncü hücumçusu olduğunu deyib:
“Mən start heyətində oynamağa hazır idim, amma Arbeloa mənə dedi ki, hazırda dördüncü hücumçuyam. Problem deyil, məşqçinin qərarlarını qəbul etmək lazımdır. Daha çox çalışacağam”.
Lakin bir qədər sonra Alvaro Arbeloa bu sözlərə münasibət bildirərək futbolçusunun onu yanlış anladığını söyləyib:
“Mən istərdim ki, komandamda dörd hücumçu olsun, amma belə deyil. Açığı, buna nə cavab verəcəyimi bilmirəm, çünki mənim dörd forvardım yoxdur və ona heç vaxt belə bir şey deməmişəm. Görünür, o, məni səhv başa düşüb. Mən heç vaxt ona dördüncü hücumçu olduğunu deməmişəm”.
Mbappe cari mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edib, 41 qol vurub və 7 məhsuldar ötürmə edib.
Müəllif: Tural
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş





































