İdman
Ronaldonu cəzalandırdılar, amma Madrid derbisində oynaya biləcək
"Kordoba" ilə La Liqa matçında rəqibini vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.
Publika.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi portuqaliyalı futbolçunu iki oyunluq cəzalandırıb.
Belədə Ronaldo La Liqanın növbəti turlarında "Real Sosyedad" və "Sevilya" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək. Lakin 29 yaşlı futbolçu "Atletiko" ilə görüşdə forma geyinə biləcək.
Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun (2:1) 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Onun cəzasının daha ağır olacağı gözlənilirdi. Amma görünür, federasiya dünyanın ən yaxşı oyunçusuna güzəştə gedib. Daha doğrusu, qərarın yüngül olmasına matçın baş hakiminin protokoldakı qeydi ciddi təsir göstərib. Referi protokolda Ronaldonun topsuz vəziyyətdə rəqibə zərbə endirdiyini yazmışdı. Halbuki portuqaliyalı həmin epizodda iki futbolçuya qarşı aqressiv davranmışdı.
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı