İdman
“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
“Qarabağ”ın Kamilo Duranı “Seltik”ə satması Azərbaycan futbolunda miqyası təsəvvür edilməyəcək yatırımdır, investisiyadır. Məlumata görə transfer 5,5 milyon avroya, təxminə 10 milyon manata gerçəkləşib.
Yox, bu, 10 milyonluq transfer deyil. Bu, Azərbaycan futbolu üçün ən azı 100 milyonluq transferdir. Təsəvvürümüzə gətirə bilmədiyimiz məqama çatmışıq: 100 minə də futbolçu sata bilməyən Azərbaycan komandası indi 10 milyona transfer əməliyyatı gerçəkləşdirir. Özü də adlı-sanlı klubla. 10 milyon Azərbaycan futbolu üçün kiçik rəqəm deyil, az qala əksər klubların illik büdcəsindən də çoxdur. Bir futbolçunu bir illik büdcə məbləğinə satırsınız. Təsəvvür edirsiniz…
Deməli, “Qarabağ” brendi, “Qarabağ”ın Avropadakı illərlə çəkdiyi əziyyət artıq öz bəhrəsini verir.
Artıq böyük klublar “Qarabağ”a maraq göstərir. Niyə də göstərməsinlər? Ötən mövsüm Çempionlar Liqasında yaşanan möcüzə zamanı hər kəs bu sualı verirdi axı: Bu büdcə, bu futbolçularla bunu necə bacarırlar? Və ardınca o futbolçulara təklif gəldi. Sanballı təklif.
Duranın “Seltik”ə keçməsindən sonra skautların gözü Azərbaycan futbol bazarında olacaq. Təkcə bumu? Yox, Duranın Şotlandiya nəhənginə getməsi Azərbaycana gəlməyə tərəddüd edən futbolçular üçün də motivasiya olacaq. İndi futbolçu gətirmək daha da asanlaşacaq. Nöşün ki, tərəddüd edənlər burada perspektiv olduğunu gördülər.
“Qarabağ” Duranı “Seltik”ə 10 yox, 100 milyona satıb. Bu, 100 milyonluq yatırımdır, sərmayədir. Təkcə “Qarabağ”a yox, bütün komandalara pay düşəcək bu yatırımdan. İndi qalır bundan maksimum yararlanmağa. Bundan sonra Azərbaycana gənc, amma perspektivli futbolçu gətirilsə, onun gələcəkdə yaxşı qiymətə satılacağı ehtimalı artıq birə on artıb. İndi sadəcə iş görmək lazımdır, bu günün 10 milyonu 100 milyonluq sərmayədirsə, sabahın 100 milyonu 1 milyard dəyərində olacaq. Görək kim necə yararlanacaq bu fürsətdən.
Natiq Muxtarlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək

































