Acun Ilıcalının komandasının tapıntısı bu nəhəngin hədəfində
Bizi izləyin

İdman

Acun Ilıcalının komandasının tapıntısı bu nəhəngin hədəfində

Acun Ilıcalının komandasının tapıntısı bu nəhəngin hədəfində

“Arsenal” “Hall Siti”nin cinah oyunçusu Məhəmməd Başir Bellumi ilə maraqlanır.

Publika.az “Goal” nəşrinə istinadla xəbər verir ki, London klubu 24 yaşlı futbolçunun inkişafını izləyir və onu qış transfer pəncərəsində əldə etməyi düşünür.

Oyunçuya yaxın mənbə bildirib ki, Bellumi londonluların marağını alqışlayır. İngiltərə və Avropada yüksək yerlər uğrunda mübarizə aparan bir kluba qoşulmaq imkanı onun karyerasında əhəmiyyətli bir addım olardı.

Məhəmməd Başir Bellumi Əlcəzair millisinin keçmiş oyunçusu Laxdar Belluminin oğludur. O, bu mövsüm 10 oyunda üç qol vurub və iki məhsuldar ötürmə edib.

Futbolçunun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. “Transfermarkt”a görə, Bellouminin bazar dəyəri 18 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm