İdman
Kəmaləddin Heydərov: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
“Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək”.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan qlobal miqyasda nüfuzlu idman dövlətinə çevrilib:
“Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən yüksək diqqət və qayğı sayəsində idmançılarımız dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar. Eyni zamanda, Azərbaycan möhtəşəm qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır”.
K.Heydərov qeyd edib ki, dünya çempionatı iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradacaq:
“Dünya çempionatlarının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini bir daha vurğulayır və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişafına töhfə verir. İnanırıq ki, bu idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürən və xilasedici peşələrinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək.
Bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır”. (Teleqraf)
-
Hadisə21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Ekopublika.az19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO













.jpg)



.jpg)

















.jpg)