İdman
Onu təhqir edən bloqerə 60 min avrodan çox cərimə kəsilə bilər
İspaniyada “Real Betis”in müdafiəçisi Hektor Bellerini homofobik ifadələrlə təhqir edən “YouTube” bloqeri İnyaki Anquloya qarşı ciddi sanksiyalar təklif olunub. Ona 60 min 1 avro cərimə və iki il müddətinə stadionlara giriş qadağası tətbiq edilməsi tövsiyə edilib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Hadisə sentyabrın 4-də “Betis” və “Real Madrid” arasında keçirilən oyundan sonra baş verib. Anqulo özünün internet yayımında Bellerinin oyunu barədə danışarkən futbolçunun xarici görünüşünü və şəxsi seçimlərini hədəfə alıb, onun ünvanına homofobik ifadələr səsləndirib.
Bundan sonra Bellerin və çıxış etdiyi klub bloqerin məsuliyyətə cəlb olunması üçün rəsmi addımlar atıblar. Futbolçu nifrət zəminində törədilən hüquqpozma və ictimai şəkildə ağır təhqir ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. “Real Betis” də məsələ ilə əlaqədar müvafiq komissiyaya müraciət ünvanlayıb.
İspaniyanın İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyası Anqulonun davranışını ciddi qayda pozuntusu kimi qiymətləndirib. İspaniyanın 19/2007 saylı qanununa əsasən, idmanla əlaqəli platformalarda dözümsüzlük və alçaldıcı məzmunun yayılması 60 000,01 avrodan 650 min avroyadək cərimə ilə nəticələnə bilər.
Qeyd edək ki, komissiyanın təklif etdiyi sanksiyalar hələ yekun qərar deyil. Cəzanın tətbiqi üçün məsələ İspaniyanın inzibati prosedurundan keçməlidir. Bloqer futbolçunun qaldırdığı məhkəmə iddiası üzrə də cavab verməli olacaq.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri


















.png)

















