İdman
Ceyk Pol Dombeyə uduzsa, boks karyerasını bitirəcək
Amerikalı boksçu və sosial media fenomeni Ceyk Pol dekabrın 24-də BƏƏ-nin Dubay şəhərində keçiriləcək döyüşdə Sedirik Dombeyə məğlub olacağı təqdirdə karyerasını başa vuracağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
29 yaşlı Polun Kamerun əsilli fransalı MMA döyüşçüsü ilə qarşılaşması onun birillik fasilədən sonra rinqə qayıdışı olacaq. Amerikalı sonuncu dəfə ötən ilin dekabrında keçmiş ağır çəkili dünya çempionu Entoni Coşuaya qarşı döyüşüb və altıncı raundda texniki nokautla məğlub olub. Həmin qarşılaşmada çənəsi sınan Pol əməliyyat keçirib, çənəsinə iki titan lövhə yerləşdirilib və bir neçə dişi çıxarılıb.
Pol sosial şəbəkədə yayımladığı videoda qarşıdakı döyüşün təhlükəli olacağını deyib və rəqibinin ciddi təcrübəyə malik olduğunu vurğulayıb. O, məğlubiyyət halında əlcəklərini asacağını, qalib gələcəyi təqdirdə isə Dombeni nokauta salacağını bildirib.
Qeyd edək ki, döyüş peşəkar boks qaydaları ilə səkkiz raundluq yarım ağır çəkidə keçiriləcək. İdmançılar 10 unsiyalıq əlcəklərdən istifadə edəcəklər. Peşəkar boksda 14 qarşılaşmaya çıxan Pol 12 qələbə qazanıb, iki dəfə məğlub olub. Onun rəqibi Dombeyə gəlincə, 34 yaşlı idmançı kikboksinq üzrə dəfələrlə dünya çempionu olub və hazırda Professional Fighters League (PFL) təşkilatında çıxış edir. Dombenin peşəkar boksda isə cəmi bir döyüş təcrübəsi var və həmin görüşdə qələbə qazanıb.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri














.png)




















