İdman
Azərbaycanın UEFA reytinqində yeri dəyişmədi
Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
Publika.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilməyib.
Buna Valdas Dambrauskasın baş məşqçisi olduğu “Sabah”ın 4-cü turun oyununda “Vikinq”ə Norveçdə uduzması (1:4) səbəb olub.
Nəticədə cari mövsümdə qazanılan əmsal (5.625) dəyişməz qalıb. Bunun 3.500 əmsalı “Sabah”ın, 1.250-i “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.
Azərbaycanın qitə sıralamasında 24-cü yerdədir. Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə – 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,837-yə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (105.574) başçılıq edir.
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…















.jpg)






.jpg)












