İdman
Ruslarla oynamaqdan imtina ayrı-seçkilikdir? - BMT-dən açıqlama gəldi
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Ofisi bildirib ki, Avropa xokkey federasiyalarının 2027-ci il Dünya Çempionatında Rusiya yığması ilə oynamaqdan imtina etməsi ayrı-seçkilik təşkil etmir.
Publika.az xəbər verir ki, agentlik TASS-ın rəsmi sorğusuna cavab olaraq bu haqda bildirib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı izah edib ki, əgər belə bir boykot siyasi və ya sosial xarakter daşıyırsa və idmançıların özlərinin milliyyətindən asılı deyilsə, bu, ifadə azadlığı hüququnun qanuni şəkildə həyata keçirilməsi hesab olunur.
İdman Arbitraj Məhkəməsi (CAS) əvvəllər Rusiya idmançılarının turnirə buraxılmasını təsdiqləmişdi.
Daha əvvəl bildirilmişdi ki, altı Avropa ölkəsi – Danimarka, Latviya, Norveç, Finlandiya, İsveç və Çexiya milli komandalarının Almaniyada keçiriləcək 2027-ci il Dünya Çempionatında Rusiyaya qarşı potensial oyunu boykot edəcəklərini açıqlayıblar.
Bundan əlavə, Finlandiyanın Tampere və Turku şəhərləri, Rusiyanın qəbul ediləcəyi təqdirdə, 2028-ci il-də gənclər arasında Dünya Çempionatına ev sahibliyi etməkdən imtina edəcəkləri ilə hədələyiblər. Oxşar şəraitdə Almaniya 2027-ci il Dünya Çempionatına ev sahibliyi etməkdən imtina etməyə hazırdır. Daha sonra Avstriya boykota qoşulub.
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)



.jpg)















