Migelin ailəsindən açıqlama: Bu kədəri dinclik və sakitlik içində dəf etməliyik
Bizi izləyin

İdman

Migelin ailəsindən açıqlama: Bu kədəri dinclik və sakitlik içində dəf etməliyik

Migelin ailəsindən açıqlama: Bu kədəri dinclik və sakitlik içində dəf etməliyik

“Tenerife”nin hücumçusu Xesus de Migelin ailəsi futbolçunun oyun zamanı ölməsindən sonra onlara olan dəstək barədə açıqlama verib.

De Migel, Sequnda Divizionunun 12-ci turunda “Andorra”nın qapıçısı Jesus Ovono ilə toqquşduqdan sonra 3 noyabrda xəstəxanada vəfat edib.

Publika.az xəbər verir ki, De Migelin ailə nümayəndəsi Manuel Hernande açıqlamasında bildirib:

“Bu çətin günlərdə, Jessusun ölümündən bəri aldığımız sevgi, dəstək və hörmətə görə hər kəsə səmimi qəlbdən təşəkkür etmək istəyirik. Aldığımız hər mesaj və hər sevgi jesti üçün minnətdarlığımızı ifadə etmək üçün söz yoxdur. Onu xatırlayan hər kəsə təşəkkür edirik.

Jesusa olan böyük sevgi hissi və onun bir çox insana təsiri həmişə yadımızda qalacaq.

Bu vəziyyətin tələb etdiyi dinclik və sakitlik içində bu kədəri dəf etməliyik. Onun itkisinin yaratdığı marağı, sevgini və dəstəyi başa düşürük və dərin minnətdarlığımızı bildiririk.

Jesus heç vaxt doldurulmayacaq bir boşluq qoyub, eyni zamanda həyatını onunla bölüşmək şansına sahib olan hamımız üçün dərin bir xatirədir. Onu sevdiyiniz və bizimlə olduğunuz üçün təşəkkür edirik”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm