“Qalatasaray” yeni müqavilədə Batrakova bu qiyməti “kəsəcək”
Bizi izləyin

İdman

“Qalatasaray” yeni müqavilədə Batrakova bu qiyməti “kəsəcək”

“Qalatasaray” yeni müqavilədə Batrakova bu qiyməti “kəsəcək”

Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun ” Qalatasaray”la yeni müqaviləsindəki satın alma bəndi 100 milyon avronu keçəcək.

Publika.az xəbər verir ki, bu barədə insayder Erdem Açıkgöz bildirib. Mənbənin məlumatına görə, rusiyalı yarımmüdafiəçinin satın alma bəndi ikiqat artırılaraq 110 milyon avroya çatdırılacaq.

Daha əvvəl bildirilirdi ki, Türkiyə klubu mövsümə uğurlu başlanğıcdan sonra Batrakovla müqaviləni yeniləməyə və 55 milyon avroluq satın alma bəndini ləğv etməyə ümid edir. Mənbənin məlumatına görə, oyunçunun maaşı da “Qalatasaray” prezidenti Dursun Özbekin göstərişi ilə artırılacaq.

Batrakov yay transfer pəncərəsi dövründə Moskva “Lokomotiv”indən “Qalatasaray”a keçib. Yarımmüdafiəçi yeni klubunda bütün yarışlarda 12 oyunda beş qol vurub və üç məhsuldar ötürmə edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm