İdman
Tayson Usiklə döyüşəcək? - Danışıblar, ukraynalı deyib ki…
Keçmiş dünya çempionu Tayson Fyuri (36-2-1, 25 nokaut) ağır çəkidə keçmiş şəksiz dünya çempionu Aleksandr Usikin (25-0, 16 nokaut) birinci dərəcəli çəkiyə qayıtmaq istəyi ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Usik bu barədə İngiltərə mətbuatına verdiyi müsahibədə danışıb.
-Benavidezlə döyüşə gəlincə, Aleksandr Usikin ağır çəki dərəcəsində onunla qarşılaşmaq istədiyi barədə şayiələr var.
-Düşünmürəm ki, bu baş versin. Düşünmürəm ki, Aleksandr Usik mən olmasam, rinqə çıxacaq. Qətiyyən yox. Onun böyük pul alması lazımdır və bunu təmin edə biləcək mənəm. Bunun baş verib-verməyəcəyini bilmirəm, amma inanmaqda çətinlik çəkirəm. Onun Benavidezlə döyüş üçün arıqlamasını və qəpik-quruş müqabilində təsadüfi döyüşçülərlə döyüşməsini təsəvvür edə bilmirəm.
– Sizcə, o, bunu şöhrət, titul üçün edir?
– Xeyr, 40 yaşında yox. Bu yaşda insanlar bunu böyük pul müqabilində edirlər.
– Başa düşdüm. Yeri gəlmişkən, əgər Coşua ilə döyüş baş tutmasaydı, sizin də adınız bu kontekstdə çəkilmişdi…
-Mən Aleksandrla danışdım. Soruşdum ki, əgər məşğul deyilsə, mənimlə döyüşməkdə maraqlı olacaqmı? O dedi ki, məşğuldur, ailəsi ilə tətilə gedir, amma mart ayında döyüşə bilər. Ona görə də, bəlkə də bunu mart ayında edəcəyik. Hələ bilmirəm. Hər şeyi bir-bir həll edəcəyik.
Usik Taysonu iki dəfə – 2024-cü ildə hakim qərarı ilə məğlub edib.
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz




































.jpg)
