Avropa çempionatı başlayır – İlk rəqib Xorvatiyadır
Bizi izləyin

İdman

Avropa çempionatı başlayır – İlk rəqib Xorvatiyadır

Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 2-ci qrupunun oyunlarına start veriləcək.

Publika.az хəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Portuqaliya və Serbiya yığmaları üz-üzə gələcək. Saat 13.00-da başlayacaq matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Turun ikinci oyununda isə millimiz Xorvatiyanı sınağa çəkəcək. "Bakcell Arena"da baş tutacaq görüşün start fiti saat 16.30-da çalınacaq.

Avropa çempionatı. Elit-raund (U-17)

2-ci qrup

17 mart

13.00 Portuqaliya - Serbiya

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

16.30 Xorvatiya - Azərbaycan

Bakı. "Bakcell Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm