İdman
Azərbaycan atleti Valentin Xristov Avropa çempionu olub
Azərbaycanın ağırlıqqaldırma üzrə atleti Valentin
Xristov Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib
olub.
AZƏRTAC xəbər verir ki, Valentin Xristov 62 kiloqram çəki
dərəcəsində A qrupunda mübarizə aparıb. O, birdən ağırlıq
qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı
üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib.
Atletimiz təkanla ağırlıq qaldırmada ilk cəhddə 160 kiloqramın
öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici
olub.
Valentin Xristov həm birdən ağırlıqqaldırma, həm də təkanla
ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.
Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı
Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov
təmsil edib.
Qeyd edək ki, çempionat aprelin 18-dək davam edəcək və aprelin
13-də Azərbaycanın qadın atleti Boyanka Kostova 53 kiloqram çəki
dərəcəsində mübarizəyə qoşulacaq.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ