İdman
Gəncədə güləş üzrə açıq birincilik keçirilib
"Zenit" İdman Cəmiyyətinin güləş zalında sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarış 26 fevral Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilib.
Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hər il ənənəvi
olaraq təşkil olunan birincilik 2 yaş qrupu üzrə 1997-98 və
2000-2002-ci il təvəllüdlü uşaq yeniyetmələr arasında düzənlənib.
Ötən illərlə müqayisədə bu dəfə Gəncə idmançıları ilə yanaşı
Şəmkir, Samux və Bakı idmançıları da qüvvəsini sınayır.
Beynəlxalq Güləş Federasiyasının tətbiq etdiyi qaydalara əsasən,
keçirilən yarış 2 gün davam edəcək. Açıq birincilikdə 13 çəki
dərəcəsi üzrə ümumilikdə 120 pəhləvan qalib adı uğrunda
mübarizələrə qoşulub.
Aftandil Abdullayev - yarışın baş hakimi: "Bu yarışı keçirməkdə
məqsədimiz Xocalı faciəsini anmaq və idmançıların güləş taktikasını
artırmaq. Mart ayında Tovuz şəhərində keçiriləcək zona yarışında
iştirak etmək üçün "Zenit" İdman Cəmiyyətinin tərkibi müəyyən etmək
və ora seçim etmək xarakteri daşıyır".
Turnirin sonunda birincilikdə fərqlənərək ilk 3 pilləni tutan
idmançılara təşkilatçılar tərəfindən diplom və medal təqdim
olunacaq.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO