İdman
Boksçularımız bir gündə 7 qızıl medal qazandı
Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan “Böyük İpək
yolu” turnirində boksçularımız ümumilikdə 7 qızıl medal
qazanıblar.
Aprelin 19-da Bakıda keçirilən “Böyük İpək yolu” beynəlxalq
turnirinə yekun vurulub. “Baku Cristal Hall”da baş tutan turnirin
axşam proqramında daha 5 çəki dərəcəsi üzrə final görüşləri
keçirilib. Bu görüşlərdə Azərbaycan milli komandasının daha 3 üzvü
qızıl medal sahibi olub.
52 kq çəki dərəcəsində Elvin Mamişzadə (Azərbaycan) Azamat
Issakulov (Kazaxıstan) görüşü yığmamızın üzvünün qalibiyyəti ilə
başa çatıb (2:1).
60 kq çəki dərəcəsində milli komandamızın üzvü Elvin İsayev finalda
qələbə qazanıb. Boksçumuz həlledici görüşdə kazaxıstanlı Nurbol
Kaljanova heç bir şans verməyib (3:0)
Azərbaycan milli komandasının digər üzvü Tamerlan Abdullayevin (69
kq) Onder Sipal ilə (Türkiyə) görüşü isə baş tutmayıb. Türkiyəli
idmançı zədələndiyi üçün görüşə çıxmaqdan imtina edib və
T.Abdullayev qalib elan olunub.
81 kq çəkidə Cem Karlidag (Türkiyə) Radoslav Pantelyev
(Bolqarıstan) görüşü bolqarıstanlı idmançının 3:0 hesablı qələbəsi
ilə başa çatıb.
Boksçumuz Kamran Mehdiyev (91 kq) isə özbəkistanlı idmançı Bahodir
Jalolova məğlub olub (0:3).
Qalib və mükafatçılar Azərbaycan Boks Federasiyası tərəfindən medal
və fəxri diplomlarla təltif olunublar.
Xatirladaq ki, turnirinin günorta proqramında Azərbaycan milli
komandasının daha 4 üzvü qızıl medal qazanmışdı.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya,
Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan,
Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə
aparıblar.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu