İdman
10 yaşlı uşaq Kilimancaroya qalxır
Kanadanın Ontario vilayətinin Mississoqa şəhərindən olan 10 yaşlı Qevin Monsur iyunun 19-da Kilimancaro (5895 m) ekspedisiyasına başlayır.
Azərbaycan Alpinizm Federasiyasından Publika.az-a verilən məlumata görə, plan uğurla başa çatsa, Qevin Afrikanın ən yüksək nöqtəsi olan bu zirvəyə qalxan ən gənc kanadalı olacaq.
Qeyd edək ki, bu zirvənin rekordu amerikalı Kits Boyda aiddir. O, 2008-ci ildə 7 yaşında ikən bu zirvəyə qalxıb.
Q.Monsur deyib: “Mənim üçün bu qalxma unikaldır. İnana bilmirəm ki, Kilimancaroya qalxmağı planlaşdıran ən gənc kanadalı və dünyada beşinci uşağam”.
Şəxsi nəticəsindən savayı, bu qalxma ilə gənc alpinist xərçəng xəstəliyinə tutulan uşaqlar üçün yay düşərgəsinə yardım kampaniyasına da dəstək vermək fikrindədir: “Lazım olan 50 min dolları yığa bilsəm, əla olardı”.
Gələcək ekspedisiya üçün Qevin il boyu hazırlıq edir, valideynlərin nazarəti altında məşqlər edirdi.
Qeyd edək ki, məşqlər zamanı Qevin 2014-cü ildə ABŞ-ın ikinci ən hündür nöqtəsi olan Elbert zirvəsinə qalxıb.
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO