İdman
CNN: Azərbaycan idmana böyük investisiya qoyur
“CNN” telekanalının saytında azərbaycanlı velisopedçilər haqqında məqalə yerləşdirilib.
Məqalədə Azərbaycanda gənc nəslin velisoped idmanına böyük maraq göstərdiyi xüsusi qeyd edilib. Sayt yazır: “Aqşin İsmayılovu və Tural İsgəndərovu buna nümunə göstərmək olar. Onlar Heydər Əliyev Mərkəzinin qarşısında qürurla dayanıblar. Hər ikisi beynəlxalq mərhələdə mübarizə aparan velisopedçilərdir. İyirmi yeddi yaşlı Aqşin İsmayılov dağ velosipedi üzrə yarışlarda ixtisaslaşıb. O, Avropa Oyunlarının ilk günlərində - iyunun 13-də çıxış edəcək”.
“Birinci olaraq çıxış etmək qürurvericidir. Valideynlərim mənə azarkeşlik edəcəklər. Bu, məndən daha məsuliyyətli olmağı tələb edir. Medal qazanacağıma ümid edirəm. Azərbaycanda velisoped idmanına maraq artıb. Dörd il əvvəl idmanın bu növü o qədər də populyar deyildi. Lakin hazırda maraq gündən-günə artır”, - A.İsmayılov deyib.
Velosiped idmanının şose növü üzrə yarışlarda yüksək nəticələr göstərən Tural İsgəndərov bildirib ki, son dörd ildə Azərbaycanda mühüm turnirlərin keçirilməsi, bu sahəyə yüksək səviyyəli mütəxəssislərin cəlb olunması ölkəmizin idman dünyasında nüfuzunun artmasına böyük töhfə verib: “Azərbaycanda uşaqlar da velisoped sürməyi xoşlayırlar. Misal üçün, mənim ailəmdə üç uşaq velisopedə böyük həvəs göstərir. Onlar da velisopedçi olmaq istəyirlər və mən onlara kömək edəcəyimi demişəm”.
Məqalədə qeyd olunub ki, bütün bunlar təsadüfi deyil. Azərbaycan idmana böyük investisiya qoyur və ilk Avropa Oyunları kimi mötəbər idman tədbirləri təşkil edir. Gələn il “Formula-1” Avropa Qran-prisi Bakıda keçiriləcək.
Yazıda gənclər və idman naziri Azad Rəhimovun “CNN”-ə müsahibəsində Azərbaycanın artıq özünü idman ölkəsi kimi tanıtmağa nail olması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO