İdman
Xetaq Qazyumov: "Tamaşaçıların təzyiqini hiss edirdim"
Mən Avropa Oyunlarının qalibi olmağıma, özü də buna Bakıda öz azarkeşlərimiz qarşısında nail olmağıma çox sevinirəm.
Publika.az-ın məlumatına görə,, bunu bu gün Avropa Oyunlarının
sərbəst güləş yarışlarında 97 kq çəkidə Azərbaycana qızıl medal
qazandıran Azərbaycan yığma komandasının veteranı Xetaq Qazyumov
deyib.
X. Qazyumov məxsusi qeyd edib ki, Prezident İlham Əliyevin onun
final qarşılaşmasını izləməsinə çox sevinib.
Keçirdiyi görüşlərdən isə güləşçimiz yarımfinalda Rusiya təmsilçisi
Abdusalam Qadisov üzərində qələbəsini xüsusi qeyd edib: "Demək
istəmirəm ki, bu ötənilki məğlubiyyətə görə bir revanş idi, Sadəcə
bu, bizim mənim qələbə qazandığım növbəti döyüşümüz idi. Mənim
bəxtim hətta bir az gətirdi. Bizim gələcəkdə də hələ görüşlərimiz
olacaq. Etiraf edim ki, əvvəlcə üzərimdə tamaşaçıların dəstəyinin
təzyiqini hiss edirdim. Sonra özümə gəldim və doğma divarlar
arasında döşək üzərində qələbə çalmaq xoş idi".
Finalda qələbə qazandıqdan sonra məşqçi Firdovsli Umudovun onu çiyinlərinə alıb qaldırmasına gəlincə, Xetaq gülərək bildirib ki, bu bir ev tapşırığı idi.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı