İdman
Qaliblərlə görüş keçirildi
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynov iştirak edib.
MOK I vitse-prezudenti qızıl mükafatçılar Ayxan Tağızadə (taekvondo, 68 kq), Toğrul Əsgərov (sərbəst güləş, 65 kq), Xetaq Qazyumov (97 kq) və bürünc medal qazanan Cəbrayıl Həsənova (sərbəst güləş, 74 kq) mükafat verib.
Çingiz Hüseynzadə görüşdə idmançılarımızın uğurlarından danışıb:
“Zəfər günləri”miz qaldığı yerdən davam edir. Dünən də idmançılarımız üçün uğurlu oldu. Güləşçilərimiz 3 medal qazandılar. Bunların da ikisinin əyarı qızıl idi. Bir taekvondoçumuz da qızıl medala sahib çıxdı. Artıq beş gündü burda “Zəfər günü” keçiririk və hər gün yeni idmançılarla görüşürük. İnanıram ki, zəfərlərimiz davam edəcək”.
Sonra mükafatçılarımız xüsusi şərəf lövhəsinə öz imzalarını atıblar.
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO