İdman
Türkiyəli voleybolçu: “Məğlubiyyətimizin əsas səbəbi ruh düşkünlüyü oldu”
Türkiyənin kişilərdən ibarət yığma komandası Bolqarıstanla oyunda 1-3 hesabı ilə məğlub olduqdan sonra “Bakı 2015” Birinci Avropa Oyunlarında iştirakını dayandırıb.
Publika.az xəbər verir ki, oyundan sonra Türkiyə komandasının baş məşqçisi Alper Hamurçu və kapitanı Mustafa Koç görüş barədə fikirlərini bölüşüb. Koç bunları deyib: “Oyuna çox gözəl başladıq. İlk setdə mükəmməl və səhvsiz oyun göstərdik və qələbə qazandıq. Digər setlərdə isə bu uğrun davamını gətirə bilmədik. Buna səbəb ikinci və üçüncü setdə Bolqarıstan voleybolçularının çox böyük üstünlük əldə etməsi və ruh düşkünlüyümüzdür. Dördüncü setdə qələbə qazanmağa yaxın idik. Ancaq mümkün olmadı”. Komandanın baş məşqçisi Alper Hamurçu isə Bolqarıstan kollektivinin daha təcrübəli olduğunu bildirib: “Oyunda çox səhvlərimiz oldu və bolqarlar bundan maksimum yararlandı. İlk setdə komandamız ən yaxşı oyununu göstərdi. Lakin digər üç setdə Bolqarıstan idmançılarının blok və servisdə uğur qazanması məğlubiyyətimizin əsas səbəbi oldu. Gələcəkdə bu kimi səhvlərin olmaması üçün məşqlərimizi davam etdirməliyik”.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO