İKT
Metroda, avtobusda kimdənsə xoşunuz gəlir? – YENİ TANIŞLIQ PROQRAMI
“Barselona”nın sabiq qapıçısı, hazırda “Midlsbro”nun qapısını qoruyan Viktor Valdes futboldan başqa, texnologiyayla da yaxından maraqlanır.
Publika.az xəbər verir ki, bugünlərdə ispan qolkiper tanışlıq üçün mobil tətbiqin təqdimatında iştirak edib. Bu haqda futbolçu özü “Twitter”dəki bloqunda yazıb. Proqramın adı “Hola Dating”dir. Hələ ki, tətbiqin sınaq versiyası mövcuddur.
Valdes bu proqram haqda belə deyib: “Ola bilər ki, metroda, avtobusda, klubda və ya universitetdə kimdənsə xoşunuz gəlsin. Ancaq hər adamda dərhal yaxınlaşmaq və ya tanış olmaq cəsarəti yoxdur. Bu proqram məhz belələri üçündür”.
Viktor 2000-2014-cü illərdə “Barselona”nın formasını geyinib. Burada 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub. 2015-ci ildə azad agent kimi “Mançester Yunayted”ə keçsə də, burada möhkəmlənə bilmədi. Vur-tut iki oyunda meydana çıxan Valdes 2016-cı ilin qışında Belçika “Standard”ına yollandı. Yayda isə “Midlsbro” onu heyətinə qatdı.
Pərviz Hikmət
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO