İKT
ATV-nin yayımı bərpa olundu - YENİLƏNDİ
“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.
ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.
***
Azad Azərbaycan Müstəqil Teleradio Şirkətindən
Publika.az-a bildirilib ki, yayımın dayanma səbəbi
kabellərdəki zədələnmədir:
"Bu gun 17:40-dan etibarən ATV, 106 ve 106.3 FM radiolarının efir
yayımı ani olaraq dayanıb. 38 saylı ATS tərəfindən görülən
profilaktik tədbir zamanı qəza baş verib, yanlışlıqla kanalın və FM
radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri
zədələnib. Aidiyyəti qurumlardan verilən məlumata
gorə, ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar davam
edəcək"
***
19:00
“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.
Publika.az-ın Apa-ya istindən verdiyi xəbərə görə, telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.
“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO