İKT
"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!
"Yutub" video plaformasında məşhur çizgi film obrazlarının iştirakı ilə qorxulu və təhlükəli videolar yayılıb.
Publika.az axşam.az-a istinadən bildirir ki, "Peppa Peg" adlı çizgi film seriyalarına bənzəyən bir videoda Peppanın dişləri iynə ilə çəkilir, ağrıdan ağlayan bir səs eşidilir.
Jurnalist Laura June üç yaşlı qızının bu videoya baxdığını görüb və videonun təhlükəli mesajlar verdiyini təxmin edib.
"BBC Trending" "YouTube"da bu tip videoları taparaq araşdırmağa başlayıb. Yüzlərlə videoda "Frozen", "Minions", "Doc McStuffins", "Thomas" və digər film qəhrəmanlarının parodiyası və qorxulu anları təsvir edilib.
Məsələn, "Youtube"dakı məşhur uşaq kanallarından birinin fotosunda animasiya qəhrəmanları göstərilsə də, həmin kanala daxil olanda "Qanlı Elza", "Hörümcək adam Elzanın qolunu sındırdı", "Çılpaq Hulk şalvarını itirdi" kimi videoları görmək mümkündür.
Bəzi videolar silinsə də, mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
"Yutub" rəsmiləri isə açıqlama verərək bildiriblər:
"Şikayətləri ciddiyə alırıq. Problemli videolarla bağlı bizi xəbərdar edənləri diqqətə alırıq və bir videonu şikayət etməni asanlaşdırırıq. Şikayət edilən videolar analiz edilir və uyğun deyilsə, silinir. Valideynlərə məsləhət görürük ki, "YouTubeKids" proqramından istifadə etsinlər və parametrlərdə sərhədləri müəyyən etsinlər".
-
İKT09:00
Bill Qeytsin "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO