İKT
İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adlarını açıqlandı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki,
aprelin 12-dən 22-dək 5 nəfər - Paşazadə Tahir Ağalar oğlu, Quliyev
Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais
oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim
edib.
Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin baş direktoru vəzifəsinə namizədlər
müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı
haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci
maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün
namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Yayım Şurasına təqdim edilib.
Qeyd edək ki, İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət
müddəti aprelin 23-də başa çatıb.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu