İKT
Jurnalistlərin binasına pulsuz internet və telefon xətti çəkilir
Kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, sözügedən binadakı 255 mənzil Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (BTR MMC) tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Giqabit Passive Optical Network) əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.
Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq. Binanın sakinləri BTR MMC tərəfindən “Üç bizimlə” layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər. İşlər Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə həyata keçirilir.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ