"Feysbuk" yeni iş axtaranlara KÖMƏK EDƏCƏK
Bizi izləyin

İKT

"Feysbuk" yeni iş axtaranlara KÖMƏK EDƏCƏK

Mark Zükerberqin rəhbərlik etdiyi “Facebook” şirkəti bir neçə ölkədə sosial şəbəkə vasitəsilə iş axtarmağa köməklik edəcək yeni funksiyasını aktivləşdirib.

Publika.az xəbər verir ki, funksiyanın köməkliyi ilə hər hansı şirkət üçün bütün işçi kollektivini də seçmək olar. Bu barədə məlumat "Facebook"-un rəsmi bloqunda dərc edilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, 2017-ci ildə qeyd olunan servisdən yalnız ABŞ və Kanada sakinləri yararlanıbsa, artıq ondan daha 40 ölkədə istifadə etmək mümkün olub. Bu mövzuda keçirilən sorğuda 5 min nəfər iştirak edib. Müxtəlif ölkələrdən olan sosial şəbəkə istifadəçilərindən hər 5 nəfərdən 4-ü “Facebook” vasitəsilə iş axtarır və ya tapır.

Bildirilir ki, yeni funksiya profil tab-vərəqəsində digər istifadəçilər tərəfindən yerləşdirilən vakansiyalarla tanış olmağa imkan verir. Belə ki, potensial işəgötürənə CV göndərmək, onun maraq göstərəcəyi təqdirdə müsahibənin keçirilməsi barədə razılığa gəlmək olar. Bu funksiyanın daha çox biznes sahiblərinə lazımi iş axtaranları cəlb etməkdə kömək edəcəyi vurğulanıb.

“Facebook” nümayəndələri vurğulayıb ki, sosial şəbəkə 2011-ci ildən kiçik biznesin dəstəklənməsi, eləcə də istifadəçilərə iş axtarışında kömək üçün 1 milyard dollardan çox vəsait sərf edib. Sosial şəbəkə rəhbərliyi cari ildə də sahəyə eyni məbləğdə investisiya yatırmağı planlaşdırır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm