İKT
Cocuq Mərcanlıda “Azercell hər evə gəldi”
Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azercell Telekom" MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib.
Publika.az xəbər verir ki, Azercell-in Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib.
Səfər zamanı Azercell tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azercell hər evə gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket.
Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azercell tərəfindən zəruri işlər görülüb.
Qeyd edək ki, 2018-ci il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca Azercell 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Beləki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər 42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.
Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu