İKT
“WhatsApp” qadağan edilir - Bu şərt irəli sürüldü
Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov “WhatsApp”ı qadağan etməyə hazırlaşdıqlarını etiraf edib.
Publika.az xəbər verir ki, Svintsov bu vəziyyəti mesajlaşma tətbiqinin Rusiya qanunlarına riayət etmək öhdəliyi ilə əlaqələndirib.
Xüsusilə istifadəçi məlumatlarının saxlanması və sorğu əsasında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) təqdim edilməsi kimi hüquqi öhdəliklər “WhatsApp”ın gələcəyini qeyri-müəyyən edir.
“WhatsApp” dekabr ayında Roskomnadzor tərəfindən “İnformasiya Yayma Təşkilatı” siyahısına əlavə edilib. Bu siyahıya daxil edilmiş platformalar istifadəçi məlumatlarını saxlamağa və lazım gəldikdə dövlət orqanlarına təqdim etməyə borcludurlar.
Svintsov bildirib ki, Trampın prezident seçilməsi Moskva ilə Vaşinqton arasında münasibətləri yumşalda bilər. Bununla belə, bu vəziyyətin mesajlaşma tətbiqlərinə təsiri qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, “WhatsApp”ın sahibi olan "Meta" şirkəti Rusiyada “ekstremist təşkilat” kimi tanınıb və onun fəaliyyəti qadağan edilib.
Aysel Şahmar
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO




































