İKT
Mütəxəssislərdən XƏBƏRDARLIQ! - Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir
Feysbuk sosial şəbəkəsində ötən həftə start verilən və dünya miqyasında geniş maraq doğuran "10 illik dəyişiklik" hərəkatı (10 Year Challenge) müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, CBS televiziyası bu barədə informasiya yayıb.
Xəbərə görə, insanların sosial şəbəkədə 10 il öncə və hazırkı vəziyyətlərini əks etdirən fotoları paylaşması əslində üztanıma (Face İD) alqoritmlərinin mükəmməlləşdirilməsinə xidmət edir.
Nyu York Universiteti Stern İdarəçilik fakültəsinin professoru Emi Vebb də hərəkatın süni intellektin inkişafı üçün əvəzsiz fürsət olduğunu, bununla Feysbuk sistemlərinin istifadəçilərin görüntülərindəki kiçik dəyişiklikləri daha yaxşı tanıyacaq şəklə gətirilməsinə imkan verdiyini bildirib.
“Wired” texnologiya xəbərləri saytının əməkdaşı Keyt Oneil isə hərəkatın zərərsiz əyləncə olmadığını dilə gətirib. O, 10 il əvvəlki və indiki insanı özündə əks etdirən fotoların illərin dəyişdirdiyi nüansları tapmağa çalışan texnologiya üçün çox işəyarayan olduğunu vurğulayıb.
Bu müzakirələrdən sonra Feysbuk şirkəti hərəkatla heç bir bağlantısı olmadığını açıqlayıb. Açıqlamada istifadəçilər tərəfindən başladılan hərəkatın öz-özünə yayıldığı və şirkətin burada heç bir maraq güdmədiyi bildirilib. Bu hərəkata Feysbukla yanaşı, İnstaqram və Tvitterdə milyonlarla insan qatılıb.
Qeyd edək ki, Feysbuk istifadəçilərini və onlarla birlikdə foto çəkdirən insanları tanımaq üçün illərdir ki, üztanıma proqramından istifadə edir.
Zümrüd
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...