Məktəb ləvazimatları bahalaşdı - MONİTORİNQ
Bizi izləyin

İKT

Məktəb ləvazimatları bahalaşdı - MONİTORİNQ

Aparılan monitorinqlər göstərir ki, son günlərdə tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətində 4 faizə qədər bahalaşma müşahidə edilir.

Bu barədə Publika.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, əyani təhsilin bərpası ilə bağlı rəsmi açıqlamadan sonra məktəb ləvazimatlarına, o cümlədən məktəbli geyimlərinə tələb artıb. Məktəbli geyimlərinin qiyməti hələlik stabildir, qiymətlərdə xüsusi bir dəyişiklik yoxdur, sadəcə tələbin artması müşahidə edilir:

"Ancaq məktəb ləvazimatlarının qiymətində cüzi də olsa dəyişiklik müşahidə olunub. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində təxminən 4 faizə yaxın artım müşahidə edilir. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm