Ekopublika.az
“Facebook”un gəliri açıqlandı
“Facebook” bu ilin birinci yarısı üçün maliyyə nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, “Facobook”un ümumi gəliri ötən ilin müvafiq dövründə 82% artaraq 2.76 milyard dollara çatıb. Bu açıqlamadan sonra isə şirkətin hissələrində 5% azalma müşahidə edilib. Buna səbəb kimi isə xərclərin çox olması və ya istifadəçilərin sayının gözləniləndən az olması iddia edilir.
Şirkətin ikinci dövr maliyyə hesablarında gəlirlərinin 39% artaraq 4.04 milyard dollara çatdığı bildirilir. “Wall Street” analitiklərinin gəlirlərlə bağlı gözləntiləri isə 3.99 milyard dollar civarında idi. Bu gəlirin 719 milyon dolları şirkətin karı hesab edilib. Bu da bir hissə üçün 25 sent demək idi. Bir il əvvəl isə şirkətin karı 791 milyon dollar olub ki, bu da bir hissə üçün 30 sent demək idi. “Facebook” analitiklərinin təxmini hesablamalarına görə, bir hissə üçün kar 47 sent ola bilərdi.
Şirkətin “Whatsapp”ı alandan sonra reklam gəlirləri 43 faiz artıb. Bunun 65%-i mobildən gələn gəlirlərdir.
Bu ilin ilk yarım ilində istifadəçi sayı 1.49 milyarda çatan “Facebook”un gündəlik aktivliyi 968 milyondur. Şirkətin proqnozlarına görə, gündəlik istifadəçi sayı 970 milyon olmalı idi.
Gülxar
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO