Ekopublika.az
Bakıda İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun iqtisadiyyatına dair təqdimat keçirilib
Martın 14-də Bakı Biznes Mərkəzində İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional
Şurasının prezidenti xanım Debora Serrakianinin başçılıq etdiyi
nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanda İxracın
və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan
İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının iştirakı ilə işgüzar görüş keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
işgüzar görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın
qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional
layihələr, iqtisadiyyatın müxtəlif sahələri, ölkəmizdə yerli və xarici iş adamları
üçün yaradılmış əlverişli biznes və investisiya mühiti,
sahibkarlara göstərilən dəstək mexanizmləri, eləcə də AZPROMO-nun
fəaliyyəti barədə məlumat verib.
D.Serrakiani İtaliya və Azərbaycan iş adamları arasında
əlaqələrin genişləndirilməsi üçün
ikitərəfli görüşlərin və biznes forumların təşkilinin əhəmiyyətini
qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi
əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə
verəcəyini bildirib.
Sonra İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun
iqtisadiyyatına, biznes və investisiya mühitinə dair təqdimat
keçirilib.
İşgüzar görüş zamanı Azərbaycanın investisiya imkanlarına, müxtəlif
sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi
aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılıb.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO